• 216
  •  
  •  
  •  

Banker.az monitorinq qrupu müqayisəli təhlil üslubunda növbəti məqaləsini oxucularına təqdim edir. Monitorinq qrupumuz müqayisə etmək üçün güzəşt müddətli (grace period) kredit kart məshulunu seçib. Bu məhsulu bazarda təklif edən Bankların sayı çox olsa da ilkin olaraq Bank Respublika və Expressbank-ın analoji məhsullarını təhlil etmək qərarına gəlmişik.

Bank Respublika güzəşt müddətli kredit kart məhsulunu bank bazarına ilk dəfə təqdim edən banklardan biri – bəlkə də birincisidir. Lakin böhran dövründə bütün banklarda olduğu kimi, kreditləşmə prosesində yaranmış bəzi məhdudiyyətlərə görə məhsulun satışı dayandırılmışdı. Artıq 1 ildən çoxdur ki, güzəşt müddətli kredit kart məhsulu yenidən Bankın müştərilərinə təqdim edilir. Təxminən 2-3 ay əvvəl isə Bank məshul üzrə bəzi yenilənmələr edərək “əfsənə geri qayıdır” lozunqu ilə aktiv təbliğata başlayıb. Bu məhsul müştərilər arasında “45 günlük faizsiz kart” olaraq tanınır.

Expressbankı pərakəndə bankçılıq sektorunun son illərdəki parlayan ulduzu kimi qiymətləndirsək yəqinki yanılmış olmarıq. Geniş məhsul çeşidləri, yüksək xidmət səviyyəsi , yeni layihələr və kampaniyalarla son dövrlərdə daima gündəmdə olan bankın uğurlarında kredit kart məhsullarının payı kifayət qədərdir. Bank Respublikadan fərqli olaraq Expressbank bu məhsulu brendləşdirərək “Expresso” adı ilə bazara təqdim edib. Qısa müddət ərzində müştərilərin rəğbətini qazanan bu bank məhsulu bazarın liderlərindən hesab edilir.

İndi isə oxucularımıza maraqlı olan əsas məqamdan danışaq. Daima obyektivliyi ilə seçilən monitorinq qrupumuz bu yazısında da öz ənənəsinə sadiq qalaraq hər iki məhsulun üstün və mənfi cəhətlərini təhlil edib. Məhsul şərtləri ilə müqayisəli şəkildə aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz:

Kartı əldə etmək üçün müştəriyə qoyulan tələblər

Məhsul / Tələblər Yaş tələbi İş stajı tələbi Əmək haqqı tələbi
Bank Respublika

“45 günlük faizsiz kart”

min 20 – maks.70 son iş yerində minimum 6 ay 500 AZN (net)
Expressbank

“Expresso”

min 20 – maks.63 son iş yerində minimum 6 ay (fasizləsiz staj olarsa 3 ay) 750 AZN (net)

 

Məhsul şərtləri

Məhsul / Şərtlər Bank Respublika

“45 günlük faizsiz kart”

Expressbank

“Expresso”

Məbləğ 500 – 10 000 AZN

(maksimum əmək haqqının 2 misli)

500 – 5000 AZN

(maksimum əmək haqqının 2 misli)

Müddət 12 ay 24 ay
İllik faiz dərəcəsi Maaş 500 – 999 AZN olduqda – 28%

Maaş 1,000 – 4,999 AZN olduqda – 26%

Maaş 5,000 AZN və  çox olduqda – 24%

28%
Rəsmiləşmə komissiyası 1% (min.20 AZN) 1%
Kart üzrə xidmət haqqı 10 AZN

(kartın növündən asılı olmayaraq)

5 AZN

(kartın növü Visa Classic)

Nağdlaşma komissiyası Banka məxsus ATM – 1% (min.0,2 AZN)

Digər ATM (ölkədaxili)  – 1.5% (min. 1.8 AZN)

Digər ATM (ölkəxarici)  – 1.5% (min.3.5 AZN)

Banka məxsus ATM – 1%

Digər ATM (Millikart üzvü olan Bank)  – 2%

Digər ATM (ölkəxarici və ölkədaxili)  – 3%

Zamin tələbi 3000 AZN-dən yuxarı məbləğlər üzrə zamin tələb edilir Zamin tələb edilmir.
Güzəşt müddəti

(faizsiz ödəniş)

Həm nağd həm də nağdsız əməliyyatlar üzrə 45 günədək (növbəti ayın 15-dək) Həm nağd həm də nağdsız əməliyyatlar üzrə 35 günədək (növbəti ayın 5 -dək)
SMS məlumatlandırma Aylıq – 0.99 AZN Pulsuz
Loyallıq proqramı

(cash – back və ya bonus)

“Paykart Bonus” proqramı:

Partnyor şəbəkəsi daxilində: 15%-dək

Partnyor şəbəkəsi xaricində:  yoxdur

“Expressclub”  proqramı (cash – back)

Partnyor şəbəkəsi daxilində:  20 %-dək

Partnyor şəbəkəsi xaricində:  0.3%

Müsbət qalığa faiz hesablanması Nəzərdə tutulmayıb İllik 3%

 


  • 216
  •  
  •  
  •