8 C
Baku
Sunday, November 17, 2024

Bank Respublika Zəfər Günü ərəfəsində qanvermə aksiyası keçirib

®Fəaliyyətində sosial yönümlü layihələrə hər zaman böyük önəm verən Bank Respublika,  Zəfər günü ərəfəsində növbəti xeyirxah aksiya həyata keçirib. 

Belə ki, Azərbaycan Talassemiya Federasiyasının dəstəyi və Milli Hematologiya və Transfüziologiya Mərkəzinin nəzdində Mərkəzi Qan Bankının təşkilatçılığı ilə Bankın Baş Ofisində talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası həyata keçirilib.

“Dəstək olaq, təbəssümlər çoxalsın!” şüarı ilə keçirilən qanvermə aksiyasında Bankın rəhbərliyi və əməkdaşları iştirak edib. Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hematoloqları tərəfindən hər bir donorun sağlamlığı yoxlanıldıqdan sonra onlardan qan götürülüb. 

Qeyd edək ki, Hazırda Azərbaycanda talassemiya və digər irsi qan xəstəliyinə məruz qalan bir çox insanların həyatı məhz kütləvi qanvermə aksiyalarından asılıdır.

Bank Respublika hər kəsi bu cür aksiyalarda iştirak etməyə, donor olaraq ehtiyacı olanlara dəstək olmağa çağırır!

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

02 BR qanverme reliz scaled

03 BR qanverme reliz scaled

04 BR qanverme reliz scaled

05 BR qanverme reliz scaled

06 BR qanverme reliz scaled

Son xəbərlər
Digər xəbərlər