-1 C
Baku
Saturday, December 14, 2024

“Bank Respublika”a yatırılan depozitin məbləği tarixində ilk dəfə milyard manatı ötüb

Bank Respublikanın cəmi aktivlərinin həcmi 1 milyard 356,24 milyon manata qədər artıb. Bu iyul-sentyabr ayları ərzində 12%-lik, illik isə 39%-lik artımın olması deməkdir.

Banker.az bildirir ki, bu barədə kommersiya bankının maliyyə hesabatında deyilir.

Cəmi aktivlərinin yalnız 33%-i və ya 454,77 mln. manatı müştərilərə verdiyi kreditlərdir. Digərləri 659,71 mln. manatı müxbir hesablar, 100,26 mln. manatı maliyyə sektoruna yatırdığı depozitlər, 49,11 mln. manatı isə nağd vəsaitlərdir.

Bank tarixində ilk dəfə depozit portfelini milyarda çatdırıb

Bank Respublika-nın hazırda depozit portfelinin həcmi 1 milyard 31,13 milyon manatın üstündədir. Bu son 3 ayın ərzində 13%-dən çox artımın olması deməkdir. Bankın cəmi öhdəliklərinin həcmi isə 1 milyard 282,89 milyon manat təşkil edir.

Bankın 2019-cu ilin ilk 9 ayı ərzində faiz gəlirləri 50,11 mln. manat, faiz xərcləri 20,94 mln. manat, qeyri-faiz gəlirləri 36,94 mln. manat və qeyri-faiz xərcləri 38,80 mln. manat təşkil edib ki, bu da bankın 27,31 mln. manatlıq xalis əməliyyat mənfəəti etməsi deməkdir.

Xalis əməliyyatdan 11,69 mln. manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalara yönəldilib və sonuc olaraq bank yanvar-sentyabr aylarını 15,62 mln. manatlıq xalis mənfəətlə tamamlayıb.

Bu xalis mənfəətdən sonra bankın cəmi kapitalı 73,35 milyon manatdır ki, burada 73,46 mln. manat nizamnamə kapitalına aid olmalıdır. 3-cü rübün göstəricisinə əsasən bankın balansında 16,58 mln. manatlıq illərin yığılmış zərəri qalmaqdadır. Ötən ilin eyni dövründə bankın yığılmış zərəri 31,56 mln. manat idi.

4323

 

 

Son xəbərlər
Digər xəbərlər