“Bank Respublika” ASC-də Mərkəzləşdirilmiş Biznes Kreditləri departamenti yaradılıb.
Banker.az xəbər verir ki, İlkin Niftullayev Mərkəzləşdirilmiş Biznes Kreditləri departamentinin direktoru təyin edilib.
İ.Niftullayev bu banka 2018-ci ildən “AccessBank” QSC-dən gəlib. Son iki ili Korporativ satış departamentinin direktoru müavini idi.
İlkin Niftullayev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ümumi İqtisadiyyat (Maliyyə və Kredit) üzrə bakalavr dərəcəsi alıb.