7 C
Baku
Thursday, December 12, 2024

“Bank Respublika”da daha bir icraçı direktoru təyinatı

“Bank Respublika” ASC-nin daha bir icraçı direktoru təyin edilib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda bildirilir.

Tural Səlimov bankın Aqro və mikro kreditlər üzrə icraçı direktoru təyin edilib.

T.Səlimov “Bank Respublika” ASC-yə 2017-ci ilin fevralında “AccessBank” QSC-dən gəlib. Həmin tarixdən ötən aya qədər bu bankda Aqro və mikro kreditlər departmentinin direktoru kimi çalışırdı.

Onun “AccessBank”da 12 ildən çox təcrübəsi olub.

 

Son xəbərlər
Digər xəbərlər