10 C
Baku
Thursday, December 12, 2024

Orxan İsmayılov “Bank Respublika”da departament direktoru təyin edilib

“Bank Respublika” ASC-nin strukturunda daha bir departament yaradılıb, yeni struktura rəhbər təyin edilib.

Banker.az xəbər verir ki, Orxan İsmayılov yeni yaradılan Korporativ müştərilərlə iş departamentinə direktor təyin edilib.

15 ilə yaxın müddətdə bank təcrübəsi olan O.İsmayılov daha öncə “Bank Respublika”da direktor müavini, Korporativ satışlar üzrə menecer vəzifələrində çalışıb.

O.İsmayılov Bank Respublikaya 2018-ci ildən “AccessBank” QSC-dən gəlib.

O.İsmayılov Bakı Dövlət Universitetində “Tətbiqi Riyaziyyat və Kibernetika” üzrə bakalavr dərəcəsi, Azərbaycan Dövlət İqtisad Universitetində MBA “Menecment” ixtisası üzrə magistr dərəcəsi alıb.

Xatırladaq ki, ümumilikdə son həftə Bank Respublika 4 departamentinə yeni direktor təyin etdiyini elan edib. Bu departamentlərdən üçü – Korporativ müştərilərlə iş departamenti, Mərkəzləşdirilmiş biznes kreditləri departamenti və Strateji inkişaf departamentidir.  Bununla yanaşı, digər direktoru dəyişdirilən Kiçik və orta biznes müştəriləri departamentidir.

Son xəbərlər
Digər xəbərlər