“Bank Respublika” ASC-nin Riteyl Satışlar departamentinin Partnyorlarla iş şöbəsinə müdir təyin edilib.
Banker.az xəbər verir ki, bu, Üzeyir Qasımovdur.
Ü.Qasımov bu vəzifənin icrasına 2021-ci ilin sentyabrından start verir.
O, 2018-ci ilin dekabrından 2021-ci ilin sentyabrına qədər isə “Rabitəbank” ASC-də eyni adlı şöbədə müdir kimi çalışıb.
Bundan əlavə 2007-2016-cı illərdə “Bank of Baku” ASC və 2016-2018-ci illərdə “Dəmir Bank” ASC-də çalışıb.