“Bank Respublika” ASC-nin İnformasiya texnologiyaları üzrə yeni icraçı direktoru təyin edilib.
Banker.az xəbər verir ki, bu, Rəşad Xələfovdur.
R.Xələfov bundan öncə İnformasiya texnologiyaları departamentinin direktoru idi. O bu vəzifəyə 2019-ci ilin aprelində təyinat almışdı.
Qeyd edək ki, R.Xələfov bundan öncə “Atəşgah Sığorta” ASC-nin IT departamentinin direktoru vəzifəsində çalışmışdır.
R.Xələfov həmçinin Milli Elmlər Akademiyasının (AMEA) fəlsəfə doktoru dərəcəsinə sahibdir.