“Bank Respublika” ASC-yə yeni departament rəhbəri təyin edilib.
Banker.az xəbər verir ki, Kəmalə Əhədova “Bank Respublika”nın MHBS əsasında hesabatlılığın idarəedilməsi departamentinə rəhbər təyin edilib.
O, 2024-cü ilin yanvarından 2026-ci ilin fevral ayına kimi bankda MHBS əsasında hesabatlılığın idarəedilməsi departamentində müavin kimi çalışıb.
Kəmalə Əhədova Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr təhsilini “İqtisadiyyatın Dövlət Tənzimlənməsi” ixtisası üzrə, daha sonra 2017–2021-ci illərdə PhD dərəcəsini “Mühasibatlıq və Audit” ixtisası üzrə tamamlayıb.






