6 mart 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Bank Respublika” ASC-nin istiqrazlarının hərracı 13.03.2025-ci il tarixində yekunlaşmıb.
Banker.az xəbər verir ki, istiqrazlara 62 investor müştəri çıxıb.
İstiqrazlar subardinasiya borc şəklində, 8 illik tədavül müddətilə buraxılır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | “BANK RESPUBLİKA” ASC | 
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2007002887 | 
| İstiqraqzların növü və forması | Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar | 
| Ticarət üsulu/forması | Kütləvi/ Rəqabətli | 
| İstiqrazların sayı | 5,000 (ədəd) | 
| İlkin ticarət qiyməti | 1,000 ABŞ Dolları | 
| Buraxılış həcmi | 5,000,000 ABŞ Dolları | 
| İllik gəlirlilik faizi | 8.5% | 
| Ödəmə periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürməklə) | 
| Tədavül müddəti | 8 il | 
| Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 5,000,000 ABŞ Dolları | 
| Reallaşdırılmış həcm | 5,000,000 ABŞ Dolları | 
| Minimal qiymət | 1,000.0000 (8.5%) ABŞ Dolları | 
| Maksimal qiymət | 1,001.0000 (8.48%) ABŞ Dolları | 
| Ehtimal olunan kəsmə qiymət* | 1,000.0000 (8.5%) ABŞ Dolları | 
| Ortaçəkili qiymət | 1,000.0100 (8.50%) ABŞ Dolları | 
| İnvestor sayı | 62 | 
| Sifariş sayı | 62 | 
| Anderrayter | “ABB-İnvest İ.Ş.” QSC | 


 
                                    





