-3 C
Baku
Sunday, December 15, 2024

“Bank Respublika”nın 5 mln. manatlıq istiqrazları listinqə daxil edilib

2 iyun 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Bank Respublika” ASC-nin ümumi dəyəri 5 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlarla bağlı məlumatlar aşağıdakı kimidir:

İstiqrazların növü və forması İstiqrazların sayı Nominal Dəyəri İllik faiz dərəcəsi Tədavül müddəti Kupon faizlərinin ödəniş müddəti
Faizli təmin edilməmiş sənədsiz adlı 5,000

(ədəd)

1,000 manat 8.5% 2 il Hər 3 aydan bir

Yerləşdirmə üzrə anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi)  bölməsində yerləşdirilmişdir.

Son xəbərlər
Digər xəbərlər