“Bank Respublika” ASC-nin aktivlərinin həcmi illik müqayisədə 546.12 milyon manat və ya 34 faiz artaraq 2 mlrd. 130.97 mln. manata yüksəlib. Bu, bankın tarixində rekord göstəricidir.
Banker.az bunu bankın illik maliyyə hesabatına istinad edir.
Bank aktivlərini bir qədər də yüksəltməklə, özünün TOP5-likdəki mövqeyini bir qədər də yüksəltmiş olub.
Aktivlərinin artımına əsas səbəb onun kredit portfelinin il ərzində 211.67 mln. manat və ya 22% artaraq 1 174.23 mlrd. manata yüksəlməsidir. Bank biznes kreditlərini il ərzində 22% artırmaqla 801.38 mln. manata, istehlak kreditlərini 10% artırmaqla 250.74 manata və ipoteka kreditlərinin portfelini 59% artırmaqla 121.86 mln. manata çatdırıb. Aktivlərində ikinci daha yüksək artım nağd pul vəsaitləridir. Bankda bu vəsaitlərin həcmi illik 2 dəfə artaraq 656.25 mln. manat olub.
Bank 2023-cü ildə öhdəliklərini 35% artıraraq 1 mlrd. 975.22 mln. manata yüksəldib. Öhdəliklərdə fiziki şəxslərdən cəlb edilən depozitlərin həcmi illik müqayisədə 101.64 (18%) manat artımla 660.6 manata, hüquqi şəxslərdən cəlb edilənlər isə 376.26 mln. (92%) artaraq 783.19 mln. manat olub.
Bank 2023-cü il üzrə 40.25 milyon manat xalis mənfəət əldə etməklə, kapital balansındakı bölüşdürülməmiş mənfəəti 58.55 mln. manata yüksəldib.