Bank ortalama aya 22 nəfər işçi götürür
“Bank Respublika” ASC-nin işçi heyəti 2018-ci ilin ilk yarım illiyində 142 nəfər artıb.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.
Məlumata görə, 2018-ci ilin yanvarında 674 nəfər olduğu halda iyul ayında 816 nəfər qeydə alınıb. Bu da yarım ildə 21,1% artım, illik isə 48,1% artımı deməkdir. Bildirək ki, ötən ilin 6 ayının sonunda 551 nəfər idi. Bu da il ərzində ortalama Bankın 22 nəfəri öz heyətinə qatması demədir.
Qeyd edək ki, “Bank Respublika” son bir il ərzində elan saytlarında ən çox vakansiya yerləşdirən bankdır. İşçi axının əsasə mənbəyi istər bağlanış, istərsə də fəaliyyətdə olan banklardır.