26 C
Baku
Saturday, July 27, 2024

“Bank Respublika”nın mənfəəti bölüşdürülür

İyunun 29-da, saat 11:00-da “Bank Respublika” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 21 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə “Bank Respublika”nın ötənilki fəaliyyəti ilə bağlı maliyyə (audit) hesabatlarının təsdiq edilməsi, Bankın mənfəətinin bölüşdürülməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, “Bank Respublika” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 73,5 milyon manatdır. Bankın səhmlərinin 51,1%-i Natiq Saday oğlu Qiliyevə (Müşahidə Şurasının üzvü), 16,6%-i Almaniyanın DEG investisiya şirkətinə, 7,7%-i Elçin Saday oğlu Quliyevə (Müşahidə Şurasının üzvü), 7,4%-i Sevda Saday qızıl Quliyevaya, 7,3%-i Saday Əsəd oğlu Quliyevə, 5,5%-i Şakir Xəyyam oğlu Rəhimova (Müşahidə Şurasının sədri), 4,3%-i Almaniyanın “Sparkassen International Development Trust” şirkətinə, 0,1%-i isə 3 hüquqi və 9 fiziki şəxsə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər