“Bank Respublika” 2022-ci ilin 3-cü rübündə 19 milyon 91 min manat mənfəət əldə edib ki, bu da illik müqayisədə mənfəətin 2 dəfəyə yaxın artması deməkdir.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ KƏSKİN ARTIB
Yanvar-sentyabr aylarında bankın cəmi gəlirləri 126 milyon 691 min manat (əvvəlki ilə nisbətən 60% çox), cəmi xərcləri 102 milyon 522 min manat təşkil edib. Bank bu il 6 milyon 780 min manat mənfəət vergisi ödəyib.
BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB
Bu ilin oktyabr ayının 1-nə “Bank Respublika”nın aktivləri 1 milyard 549 milyon manat olub ki, ötən ilin sonuna nisbətən 25% artıb. Bunun 914 milyon 804 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, 9 ayda bankın kredit portfeli 27% böyüyüb.