®Azərbaycan Banklar Assosiasiyası (ABA) fəaliyyətinin 35-ci ilini qeyd edir.
Bu münasibətlə “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov öz təbriklərini çatdırıb:
Bu il Azərbaycan Banklar Assosiasiyası (ABA) 35 illik yubileyini qeyd edir. Yarandığı gündən etibarən ABA ölkəmizin bank sektorunun inkişafına, əməkdaşlığın gücləndirilməsinə və müasir çağırışlara uyğunlaşmasına mühüm töhfələr vermişdir. Assosiasiya beynəlxalq təcrübələrin öyrənilməsi və tətbiqi ilə sektorun institusional gücünün artırılmasında fəal iştirak etmişdir.
Müasir dövrün tələblərinə cavab olaraq ABA rəqəmsal bankçılığın inkişafı, innovativ texnologiyaların tətbiqi və maliyyə həllərinin təkmilləşdirilməsi istiqamətində strateji addımlar atmışdır. Beynəlxalq maliyyə institutları və tərəfdaşlarla qurulan əməkdaşlıq bankların qlobal bazarlara inteqrasiyasına və beynəlxalq standartlara uyğunlaşmasına xidmət etmişdir.
Assosiasiyanın təşəbbüsü ilə keçirilən forumlar, seminarlar və təlimlər maliyyə sektorunun inkişafına, müştəri hüquqlarının qorunmasına və maliyyə savadlılığının artırılmasına dəstək olmuşdur.
Bank Respublika kollektivi və şəxsən öz adımdan Azərbaycan Banklar Assosiasiyasını bu əlamətdar yubiley münasibətilə təbrik edir, maliyyə sektorunun güclənməsi yolunda göstərdiyi uzunmüddətli və dəyərli fəaliyyətinə görə təşəkkür edirik.
Əminik ki, ABA gələcəkdə də innovasiya və rəqəmsallaşma sahəsində mühüm təşəbbüslərlə çıxış edərək maliyyə sisteminin dayanıqlılığının və rəqabətqabiliyyətinin gücləndirilməsində öz töhfələrini verəcək.