®Ötən həftə dünyanın nüfuzlu banklarından biri olan Asiya İnkişaf Bankı (AİB) geniş nümayəndə heyəti ilə Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində AİB-in vitse-prezidenti Şiksin Çen ölkəmizdə əməkdaşlıq etdiyi özəl sektor nümayənədələri, xüsusilə bank sektorunun nümayənədələri ilə birgə görüş keçirmişdir.
Görüşdə “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimovun rəhbərliyi ilə bankın nümayəndə heyəti də iştirak etmişdir. Tərəflər müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf iqtiqamətləri, Bankın dövlət-özəl tərəfdaşlığı sahəsində texniki yardımı və qarşılıqlı maraq doğuran digər məsələlərı müzakirə ediblər.
Asiya İnkişaf Bankının vitse-prezidenti Şiksin Çen Bankın ölkəmizlə əlaqələrin genişlənməsində marağını ifadə edib, birgə təşəbbüslərin və layihələrin icrasının Azərbaycanda sürətli inkişafın dəstəklənməsinə töhfə verəcəyini deyib.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.