“Bank Respublika”nın nizamnamə kapitalı artırılır

“Bank Respublika” ASC səhmdarlarının növbəti ümumi yığıncağı 16 iyun 2026-cı il saat 12:00-da, Xaqani  küçəsi, 21 ünvanında yerləşən bankın Baş ofisində keçiriləcək.

Banker.az xəbər verir ki, gündəlikdəki məsələlərə aşağıdakılar daxildir:

1. İclasın sədrinin və katibinin təyin edilməsi.

2. İclasın gündəliyinin təsdiq edilməsi.

3. 2025-ci il üçün kənar audit yoxlamasının nəticələri haqqında.

4. “Bank Respublika” ASC-nin investisiya qiymətli kağızlarının emitenti olaraq 2025-ci il üzrə illik hesabatının təsdiq edilməsi haqqında.

5. “Bank Respublika” ASC-nin nizamnamə kapitalının artırılması haqqında.

6. “Bank Respublika” ASC-nin Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi və Nizamnamənin yeni redaksiyada təsdiq edilməsi haqqında.

7. “Bank Respublika” ASC-nin Mükafatlandırma Siyasətinin təsdiq edilməsi haqqında.

8. “Bank Respublika” ASC-nin Müşahidə Şurasının əsasnaməsinin təsdiq edilməsi haqqında.

Xatırladaq ki, “Bank Respublika” ASC-nin səhmdarları Quliyev Natiq Saday oğlu (63.32%), Quliyev Elçin Saday oğlu (18.46%), Quliyev Namiq Saday oğlu (8.47%), Rəhimov Şakir Xəyyam oğlu (5.45%), SIDT (Sparkassen International Development Trust GmbH) (4.22%) və digərləri (0.08%) olub. Bankın son nəzarətedici tərəfi cənab Quliyev Natiq Saday oğludur.

Son xəbərlər
Digər xəbərlər