6 C
Baku
Sunday, December 15, 2024

Bank Respublikanın ödəniş kartları unudulmaz məzuniyyət vəd edir.

Yay məzuniyyəti üçün sərfəli kartlar

Yay məzuniyyətinə hazırlaşan zaman hansı xərclik pulu və həmin məbləğin harada saxlanılması sualı ortaya çıxır. Səyahət vaxtı vəsaitin daha etibarlı yerdə saxlanılması və rahat şəkildə ödənişlər etmək üçün Bank Respublika bir sıra ödəniş kartları təklif edir.

Məzuniyyət mövsümü ərəfəsində istənilən şəxs MasterCard və ya Visa plastik kartlarını tamamilə pulsuz əldə edə bilər.

Kartı sifariş etmək üçün bankın istənilən ofisinə yaxınlaşıb şəxsiyyət vəsiqəsini təqdim etmək kifayət edir. Vaxtınıza qənaət etmək üçün isə kartı onlayn birbaşa bankın rəsmi saytından sifariş etmək olar. Əlavə olaraq bank Sizə Mobil və İnternet Şöbə xidmətlərinə qoşulmanı hədiyyə edir.

Bank Respublikanın plastik kartları geniş partnyor şəbəkəsinin bonus sistemi sayəsində səbirsizliklə gözlədiyiniz səyahətə hazırlıq üçün tam yerinə düşəcək. Məsələn, turistik paket və ya digər alışlar etdikdə məbləğin 25%-dək hissəsini bonus şəklində geri almaq mümkündür. Bankın partnyorları haqqında daha ətraflı məlumat www.paykart.az saytında verilir.

Bank Respublika kartlarının vacib üstünlüyü ondadır ki, kart əməliyyatları üzrə konvertasiya üçün əlavə komissiya tutulmur. Bundan əlavə, kartlar üzrə konvertasiya bank tərəfindən müəyyən edilmiş xüsusi məzənnə ilə həyata keçirilir (ABŞ dollarında olan kartlarda isə xüsusi komissiya nəzərdə tutulub). Həmçinin, tez-tez səyahət edən müştərilərin tələblərini nəzərə alaraq, avronun ABŞ dollarına qarşı xüsusi kart məzənnələri tədbiq edilir.

Premium kart sahibləri üçün daha böyük qüzəşt və üstünlüklər təklif olunur (məsələn, Mastercard və Visa Gold, Platinum, Mastecard Black edition və ya Visa Infinite WorldElite) – daim əlavə bonus və mükafatlar istirahətinizə daha bir rəng qatacaq.

Xaricə səfər edənlər üçün Bank Respublikanın bir neçə tövsiyəsi var: ödənişlərə nəzarət etmək üçün SMS-bildiriş xidmətinə qoşulma, bankla təcili əlaqə üçün telefon, kart əməliyyatlarını rahat  yerinə yetirmək üçün isə Mobil Şöbə əlavəsi.

Onu da qeyd edək ki, Bank Respublikanın bütün kartları kontaktsız ödəniş funksiyasına malikdir. Bu funksiyanın rahatlığı ödənişi qısa müddətdə yerinə yetirmək vacib olan yerlərdə özünü təsdiq edir: YDM-də, kafedə və ya taksidə.

Son xəbərlər
Digər xəbərlər