8 C
Baku
Wednesday, October 30, 2024

“Bank Respublika”nın səhmdarlarının pay bölgüsü dəyişib

“Bank Respublika” ASC-nin səhmlərinin 67,75 %-nə nəzarət edən Natiq Quliyev payının 4,45 %-lik hissəsini digər səhmdarlara (qardaşlarına) ötürüb və payını 63,3 %-ə endirib.

Ötürülmüş hissənin 3,4 %-ni Elçin Quliyev alıb və payını 15,06 %-dən 18,46 %-ə çatdırıb.

Qalan 1,1 %-lik hissəyə isə Namiq Quliyev sahib çıxıb və payını 7,42 %-dən 8,47 %-ə çatdırıb.

Digər səhmdarların isə payları dəyişməyib. Bankın səhmlərinin 5,45 %-i Müşahidə Şurasının sədri Şakir Rəhimova, 4,25 %-i “Sparkassen Internatıonal Development Trust” Şirkətinə (Almaniya), 0,08 %-lik hissəsi isə digər səhmdarlara məxsusdur.

Xatırladaq ki, “Bank Respublika” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 73,461 milyon manatdır.

Son xəbərlər
Digər xəbərlər