Oktyabrın 11-də “Bank Respublika”nın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bu barədə bankdan məlumat verilib.
“Yığıncaqda əsas məsələ paylardan birinin digər səhmdara satılmasının səhmdarlar tərəfindən təsdiq olunmasıdır”, – bankdan qeyd ediblər.
“Bank Respublika” 1992-ci ildən etibarən fəaliyyət göstərir və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları sırasına Almaniyanın ən iri maliyyə institutları – KfW bank qrupunun üzvü DEG İnvestisiya Korporasiyası və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT də daxildir. Bankın ən isi səhmdarı 43,69% pay ilə Natiq Quliyev qalır. Bankın kapitalında Almaniyanın DEG qrupu 16,6:, SIDT – 4,25% paya malikdir.