23 C
Baku
Wednesday, April 23, 2025

“Bank Respublika”nın səhmdarlarının yığıncağı keçiriləcək

“Bank Respublika” ASC səhmdarlarının növbəti ümumi yığıncağı 11 iyun 2025-ci il tarixdə saat 12:00-da Xaqani  küçəsi, 21 ünvanında yerləşən bankın Baş Ofisində keçiriləcək.

Banker.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:

1. İclasın sədrinin və katibinin təyin edilməsi.
2. İclasın gündəliyinin təsdiq edilməsi.
3. 2024-cü il üçün Kənar audit yoxlamasının nəticələri haqqında.
4. “Bank Respublika”Açıq Səhmdar Cəmiyyətinin investisiya qiymətli kağızlarının emitenti olaraq 2024-cü il üzrə illik hesabatının təsdiqi.

“Bank Respublika” ASC-nin səhmdarları Quliyev Natiq Saday oğlu (63.32%), Quliyev Elçin Saday oğlu (18.46%), Quliyev Namiq Saday oğlu (8.47%), Rəhimov Şakir Xəyyam oğlu (5.45%), SIDT (Sparkassen International Development Trust GmbH) (4.22%) və digərləri (0.08%) olub. Bankın son nəzarətedici tərəfi cənab Quliyev Natiq Saday oğludur.

Son xəbərlər
Digər xəbərlər