“Bank Respublika” ASC-nin hərraca çıxarılan səhmlərini alan şəxsina adı məlum olub.
Banker.az xəbər verir ki, 22 fevral tarxində “Bank Respublika” ASC-nin səhmlərinin alqı-satqısı üzrə 1 insayder əqdi bağlanılıb.
Əqdlərdən biri Bankın hər birinin nominal dəyəri 2,45 manat olan 4 081666 ədəd səhminin (10,000,670 manatlıq) əldə edilməsini nəzərdə tutur.
Qiymətli kağızları “Azfinance” investisiya şirkətinin vasitəçiliyi ilə Quliyev Natiq Saday oğlu əldə edib. Bununla da onun ümümi sayı 14 793 070 ədəd olmaqla, səhmlərdəki payı 53,7243%-ə çatıb.
Qeyd edək ki, Natiq Quliyev bundan əvvəl bu səhmdar cəmiyyətdə 45,6709% pay sahibi idi.
Xatırladaq ki, hazırda Bankın digər səhmdarları bunlardır: “DEG” (Almaniya) – 9,2550%, “Sparkassen International Development Trust” (Almaniya) – 4,6275%, Elçin Saday oğlu Quliyev – 8,4268%, Sevda Saday qızı Quliyeva – 8,0669%, Saday Əsəd oğlu Quliyev – 7,9755%, Mariya Heydər qızı Quliyeva – 7,8113% və başqa 3 hüquqi və 9 fiziki şəxslərdir.