“Bank Respublika” ASC-nin daha bir icraçı direktorunun adı məlum oldu.
Banker.az xəbər verir ki, bankın kroporativ bankçılıq üzrə icraçı direktoru Sadiq İbadovdur.
2017-ci ildən bu günə qədər Bank Respublikada departamentə rəhbərlik edirdi.
S.İbadov Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadi hüquq üzrə bakalavr dərəcəsi alıb. Daha sonra İstanbul Aydın Universitetində MBA dərəcəsi almışdır.