“Bank Respublika” ASC-yə yeni departament direktoru təyin edilib.
Banker.az-ın məlumatına görə, Elvin Pənahov “Bank Respublika”da Aqro və Mikrokreditlər Departamentinin direktoru vəzifəsinə təyin edilib.
O, buna qədər Aqro və Mikrokreditlər departamentinin direktor müavini kimi çalışırdı. Əvvəl isə bankda bu departamentin şöbə müdiri kimi fəaliyyət göstərib.
Elvin Pənahov, həmçinin “AccessBank”da Mikro və Aqro kreditlər üzrə Menecer, Mikro və Aqro kredit departamentinin Qrup Rəhbəri kimi vəzifələrdə çalışıb.