22 C
Baku
Saturday, April 20, 2024

Bank reytinqləri necə təyin edilir?

Kredit reytinqi – fərdi şəxs, müəssisə, region və ya ölkənin kredit qabiliyyətliliyinin ölçü vahididir. Kredit reytinqi yuxarıda adlarını çəkdiyimiz bazar iştirakçılarının keçən və cari maliyyə vəziyyətinə, eləcə də onların mülkiyyəti və maliyyə öhdəliklərinin həcminə əsaslanır. Müvafiq qiymətləndirmənin əsas təyinatı potensial kreditor və əmanətçilərdə götürülmüş maliyyə öhdəliklərinin vaxtında ödənilməsi ilə bağlı təəssürat yaratmaqdır. Axır vaxtlar, kredit reytinqlərinin tətbiq olunma sferası da genişlənib: sığorta haqlarının yeni miqdarının, icarə girovları, yeni namizədlərin işə götürülməsi zamanı keyfiyyətin təyin edilməsində istifadə olunur.

Kredit reytinqi nisbi xarakter daşıyır, ona görə də bu və ya digər ölkənin, müəssisə və sənaye sahəsinin xüsusiyyətlərini nəzərə lamaq lazımdır. Aşağı kredit reytinqi təbii ki, arzuolunan deyil və yüksək defolt ehtimalından xəbər verir.
Müstəqil reytinq agentlikləri

Ən iri reytinq agentliklərinə (bütün dünya üzrə çalışan) Moody’s, Standard and Poor’s və Fitch Ratings aid edilir.
Kredit reytinqlərinin mahiyyəti

Şirkətin kredit reytinqi istiqraz kimi qiymətli kağızlara kapital qoyan potensial investorlar üçün  əsas maliyyə göstəricisidir. Kredit reytinqi şirkətlər tərəfindən buraxılan istiqraz kimi bir çox qiymətli kağızlar üçün adi maliyyə aləti rolunu oynayır.

Reytinqlər Standard & Poor’s, Moody’s və ya Fitch Ratings kimi reytinq agentlikləri tərəfindən tərtib olunur və A, B, C kimi bir sıra hərflərlə işarə olunurlar. Standard & Poor’s tərəfindən tərtib olunan reytinqə görə etibarlı şirkətləri etibarsız kompaniyalardan fərqləndirmək üçün AAA, AA +, AA, AA-, А +, А, А-, BBB +, BBB, BBB-, BB +, BB, BB-, B +, B, B-, CCC +, CCC, CCC-, CC, C, D kimi hərflərdən istifadə olunur. BBB- reytinqindən aşağı olanlar isə spekulyativ və ya dəyərsiz istiqraz kimi qiymətləndirilir. Moody’s reytinq sistemi isə öz konsepsiyasına görə  Standard & Poor’s-ə oxşasa da, adları fərqlənir. Bu fərqi aşağıdakı cədvəldə aydın görmək olar.

Moody’s

S&P

Fitch

 

UZUNMÜDDƏTLI

QISAMÜDDƏTLI

UZUNMÜDDƏTLI

QISAMÜDDƏTLI

UZUNMÜDDƏTLI

QISAMÜDDƏTLI

Aaa

P-1

AAA

A-1+

AAA

F1+

ən yüksək dərəcə

Aa1

AA+

AA+

yüksək dərəcə

Aa2

AA

AA

Aa3

AA-

AA-

A1

A+

A-1

A+

F1

üst orta dərəcə

A2

A

A

A3

P-2

A-

A-2

A-

F2

Baa1

BBB+

BBB+

alt orta dərəcə

Baa2

P-3

BBB

A-3

BBB

F3

Baa3

BBB-

BBB-

Ba1

Not prime

BB+

B

BB+

B

investisiya edilə bilməyən

spekulyativ

Ba2

BB

BB

Ba3

BB-

BB-

B1

B+

B+

yüksək spekulyativ

B2

B

B

B3

B-

B-

Caa1

CCC+

C

CCC

C

vacib risklər

Caa2

CCC

son dərəcə spekulyativ

Caa3

CCC-

xilas edilməsi gözlənilən müfliləşmə

Ca

CC

C

C

D

/

DDD

/

iflas

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər