15 C
Baku
Friday, April 26, 2024

Bank sədri: Əhalinin bank depozitlərinin sığortalanması sisteminin islahatlara ehtiyacı var

Azərbaycanda əhalinin qorunan əmanətlər üzrə yuxarı həddin azaldılması müsbət qərardır. “VTB Bank (Azerbaijan)” ASC-nin İdarə Heyətinin sədri Yevgeni Kirin belə hesab edir.

Eyni zamanda, onun sözlərinə görə, əmanətlərin köhnə sığortalanması sisteminə qayıdış (2016-cı ilin mart ayınadək tətbiq olunub – İF) və ya onun gələcəkdə modernləşdirilməsi zərurətdir.

“Ötən dəfə söhbət zamanı fiziki şəxslərin qorunan əmanətləri üzrə faiz dərəcələrinin azaldılması zərurətini qeyd etdim. Bu vaş verdi və Əmanətlərin Sıgortalanması Fondu tərəfindən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin manatda 10%, xarici valyutada isə 2,5% müəyyən edilib. Hesab edirəm ki, proses davam etdirilməlidir, idealda isə köhnə sığortalanma sisteminə qayıtmaq lazımdır. Banklar artıq böhranın öhdəsindən gəlib, buna görə böhrana qarşı tədbirlərə ehtiyac qalmır”, – Kirin jurnalistlərlə söhbət zamanı bildirib.

O cümlədən, Kirin banklar tərəfindən SİF-ə differensiasiya edilmiş haqlar modelinə müsbət yanaşır, bu faiz dərəcələri üzrə yuxarı həddən imtina etməyə imkan yarada bilər. Hələ 2017-ci ildə bu modelin tətbiqi imkanı nəzərdən keçirilirdi, lakin bir sıra səbəblərdən bu baş vermədi.

“Əgər bank müxtəlif səbəblərdən depozitlər üzrə dərəcələri qaldırmağa başlarsa, o zaman buna görə cavab verməlidir. Eyni zamanda, səbəblər müxtəlif ola bilər. Ola bilsin, bank bazarı fəal kreditləşdirməyi planlaşdırır, bəldə də boşluqları bağlamaq üçün pul vəsaiti yığır. Məhz buna görə burada differensiasiyaya ehtiyac var. Əgər biz depozitlər üzrə faizin bazarda orta göstərici ilə müqayisədə artdığı görürüksə, o zaman iri həcmdə ayırmalar ödəməlidir”, – Kirin qeyd edib.

Onun sözlərinə görə, bu, “kommersiya tərkibini aradan qaldırmaq və eyni dildə danışmağa” imkan verəcək.

“Bu çıxış yolu bankların inkişaf strategiyası və cari vəziyyətini əks etdirərdi”, – Kirin hesab edir.

Hazırda Fonda banklar tərəfindən ödənilən təqvim haqları illik bankda qorunan əmanətlərin ümumi məbləğinin 0,5%-ni təşkil edir.

©Interfax Azərbaycan

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər