28 C
Baku
Saturday, July 27, 2024

Bank sədri “evdən işləmə” ənənəsini pandemiyanın öyrətdiyi ən müsbət təcrübə adlandırır

“Pandemiyanın iş həyatına, banklara, bütün şirkətlərə qazandırdığı ən müsbət təcrübələrdən biri də elə məhz evdən işləmə ənənəsidir”.

Bunu Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov müsahibəsində deyib.

Ölkənin ən böyük bankına sədrilik edən Abbas İbrahimov deyib ki, məsafədən işləmə ənənəsi bizə kömək etdi ki, xarici mütəxəssisləri də çox rahatlıqla öz layihələrimizə cəlb edə bilək.

“Bu asanlıq, rahatlıqla yanaşı, xərclərə qənaətə də səbəb olur. Xarici məsləhətçilərin səfərlərinin maliyyələşdirilməsi, təyyarə biletlərinin alınması və s. xərclərdən azad oluruq”.

Bank sədri qed edir ki, şirkətlər öz mütəxəssislərimizlə birgə bizə istənilən layihədə çox yaxşı dəstək ola bilirlər.

“Misal üçün biz yeni strategiyamıza uyğun olaraq ötən il xarici məsləhətçilərin dəstəyi ilə Rəqəmsal İnnovasiyalar Mərkəzimizi qurmuşuq. Bu mərkəzdə bankın bütün rəqəmsal həlləri, rəqəmsal məhsulları yaradılır. Mobil bank tətbiqimiz buna gözəl bir nümunədir. Mobil bank tətbiqimizi Azərbaycan Beynəlxalq Bankının əməkdaşları tamamilə sıfırdan yaradıblar və hər gün yeni funksionallıq əsasında onu təkmilləşdirirlər”.

Son xəbərlər
Digər xəbərlər