Banker.az xəbər verir ki, “Unibank KB” ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov bankın layihəsi olan “Leobank” müştəriyönümlü layihə olduğunu deyib.
Sual: Demək olar ki, Leobank da bu yeni strategiyadan irəli gələn bir layihədir?
Faiq Hüseynov: Bəli. “Sənin bankın” konsepsiyasında araşdırma zaman iki mühüm aspektə diqqət etdik. Birinci – müştərilərin ehtiyac və istəkləri, ikinci isə bu ehtiyacların və istəklərin bank məhsulları və xidmətləri çərçivəsində həlli. Azərbaycanda ilk dəfə olaraq “mobile-only” (filialsız bank) prinsipinə uyğun olaraq istifadəyə verilən “Leobank” da müştərilərin istəklərinə, tələblərinə, onların rahatlığına, müştəriyə seçim imkanı yaratmağa yönəlmiş bir layihədir. Leobank-a olan yüksək maraq, çox qısa müddətdə yüzminlərlə müştərinin seçiminə çevrilməsi, layihənin nə qədər müştəriyönümlü olduğunun göstəricisidir. Biz bu bir il ərzində müşahidə etdik ki, müştəri üçün məsafəli bank xidmətlərinin əlçatanlığını təmin edən “Leobank” mobil bankçılıq xidməti ölkə əhalisinin maliyyə xidmətlərinə marağının əhəmiyyətli dərəcədə artırılmasına xidmət edib. Bu gün “Leobank” kartlarının 80%-nin gündəlik aktiv kartlar olması da, layihənin müştəriyönümlülüyündən xəbər verir.