“Top Properties” Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən təşkil olunur.
Banker.az xəbər verir ki, tərkibindən ayrılma nəticəsində “Top Properties Əmlak” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradıldığını elan edir.
Xatırladaq ki, hal-hazırda “Bank Avrasiya”nın nizamnamə kapitalının 49.50 faizinə “Top Properties” MMC, 49.50 faizinə “Azbizneskom” MMC, 1.00 faizlik hissəsinə isə fiziki şəxs Eynullayev Rüstəm Tariverdi oğlu sahiblik edir.
“Top Properties” MMC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 150 294 352.5 manatdır və qanuni təmsilçisi Vasif Məcnunovdur.






