6 C
Baku
Sunday, December 15, 2024

Bank səhvləri nə ilə nəticələnir?

Məlum olduğu kimi, yalnız o insan səhvə yol vermir ki, ümumiyyətlə heç nə etmir. Heç kəs səhvlərdənsığortalanmayıb. Hətta ən mükəmməl maşınlarda belə bəzən qüsurlar olur və onlar da dayanmaq məcburiyyətində qalır. Bəs bacarıqları heç də sərhədsiz olmayan insanlar necə, məgər onlar səhvə yol verə bilməz? Bəzi səhvlər həqiqətən də çox ziyansızdır və sadəcə gülüşdən başqa heç nə doğurmur. Bəzi səhvlər isə əksinə çox ciddidir və insan əsəblərini cilovlaya bilmədikdə, yalnız qəzəbindən belə səhvə gülə bilər.

Səhvə nəinki ayrı-ayrı şəxsiyyətlər, həm də bütöv təşkilatlar da yol verə bilər. Baxmayaraq ki, onlarda əməliyyatların yoxlanılması üçün bir neçə mərhələli sistemlər fəaliyyət göstərir, hər bir qərar qəbul edilməzdən əvvəl müzakirə olunur. Adama elə gəlir ki, hər şey nəzərə alınıb və ola bilməz ki, hansısa bir səhv olsun, amma buna rəğmən yenə də yanlışlıqlar olur. Əlbəttə ki, səhvlər banklar kimi, çox ehtiyatlı, məsuliyyətli və ciddi təşkilatlara da yad deyil.

Belə təəssürat yaranır ki, xüsusi proqram təminatları və çox saylı təcrübə illəri əsasında hazırlanmış fəaliyyət alqoritmləri gərək ki, bankları bütün mümkün səhvlərdən qoruyaydı. Amma belə deyil, banklar da səhvlərə yol verir, nəinki çox tez-tez, həm də çox «sərrastlıqla». Biz bu məqalədə daha çox komik xarakter daşıyan bank səhvlərinə toxunacağıq. Bu əhvalatların əksəriyyətinin axırı xoşbəxt sonluqla bitəcək və pullar sonda əsl sahibinə geri qayıdacaq. Bəzi hekayələr isə pis qurtaracaq –bank öz səhvini düzəldə bilməyəcək.

Gəlin, birinci əhvalatdan başlayaq, çox da uzaq keçmişdə aid olmayan bu hadisə Almaniyada baş verib. 2011-ci ilin aprel ayında Mixael adlı gənc alman əməkdaş məşhur bir kompaniyanın sahib olduğu səhmlərini satmaq qərarına gəlir. Sövdələşmə başa çatdıqdan sonra Mixael görür ki, onun hesabına 20 min əvəzinə, 200 milyon avro daxil olub. Səhmlərin qiymətinin qəfil yüksəlməsindən yaşadığı sevincdən və ya sadəcə xəsislik hissindən o, uzaqgörən alman dərhal 10 milyon avronu başqa bir bankda olan hesabına köçürür və elə davranır ki, sanki elə hər şey belə də olmalı imiş. Bank öz səhvini çox tez hiss edir və pulları, o cümələdn 10 milyon avronu da geri qaytarır. Bundan ötrü banka cəmi üç gün vaxt lazım olur, o da yalnız ona görə ki, hadisə beşinci gün baş vermişdi və Almaniyada istirahət günləri ərzində banklar çalışmır. Mixael 10 milyon avronu gizlətmək istədiyi üçün bank onu məhkəməyə vermiş və əlavə əziyyətə görə və 12 min avro ziyana düşdüyünün bəhanə gətirirək təzminat istəmişdir. Məhkəmə isə bu tələbi təmin etməyərək, almaniyalının tərəfini tutmuşdur.

Digər hadisə isə Yeni Zellandiyada baş vermişdir. Burada ailə cütlüyü banka müraciət edərək, averdraft məbləğini 10 min Yeni Zellandiya dollarına qədər yüksəltməyi xahiş etmişdir. Bank xahişi təmin etmiş, amma o, overdraft məbləğinin artırmaq əvəzinə ailənin hesabına 6 milyon ABŞ dolları köçürmüşdür. Cütlük belə bir hədiyyəni gördükdən sonra, çamadanlarını yığıb, pulu hesabdan çıxarıb və “qoy bu bizim ikinci bal ayımız olsun!” deyərək, səyahətə yollanıblar. İstintaq orqanları bu xoşbəxt cütlüyü bu günə qədər axtarırlar. Belə nümunələr, yəni böyük bir məbləğin insanın ağlını başında aldığı halların sayı heç də az deyil. Amma hər şey tamam başqa cür də ola bilərdi.

Məsələn, gözəl günlərin birində Hindistanda sıravi müəllim əməkhaqqısına yaşayan bir hindli öz filinin üzərində işdən evə qayıdarkən birdən öz hesabını yoxlamaq qərarına gəlir. Az qala təəccüb tutmasından hindlinin ürəyi gedə, onun hesabında 490 milyard rupi olur, bizim başa düşdüyüz dillə desək isə, hesabda 9,8 milyard ABŞ dolları var imiş.

Yeri gəlmişkən hindistanlı müəllim ayda 700 dollar ABŞ dolları civarında əmək haqqı alırmış. Öz şagirdləri üçün örnək olmalı olduğunu xatırlayan müəllim, çox da tərəddüd etmədən banka müraciət etmişdir. Bank hesabı bloklaşdıraraq, büütn pulları geri qaytarır. Hindli müəllim heyrətləndirici dərəcədə vicdanlı davranışı bizim çoxlarımız üçün gərək bir nümunə olar. Qısa müddət ərzində milyarder olan bu insan əslində özünün qazanmadığı bu var dövlətdən imtina edir. Əgər siz düşünürsünüzsə ki, bunun səbəbi hind xalqını digər xalqlardan fərqləndirən dünya görüşü və onların tərbiyə edildiyi adət-ənənələrdir, onda yanılırsınız, belə nümunələrə Avropada da rast gəlmək mümkündür.

Məsələn britaniyalı sadə supermarket işçisi, öz hesbında 1,4 milyon funt sterlinq aşkar edir, o nə qaçmağa, nə də pulu başqa hesaba köçürməyə çalışmır, sadəcə gəlib əməkhaqqının üzərinə edilmiş əlavə haqqında vicdanla rəhbərliyə bildirmişdir. Səhvin üstü açıldıqdan sonra bank vəsaitləri geri qaytarmışdır. Supermarketin işçisi isə nümunəvi vətəndaş və işçi kimi davranışına görə bir qutu əla və çox da bahalı olmaya pivə ilə mükafatlandırılmışdı. Bəli, 1,4 milyard funt sterlinq civarında dürüstlüyün sizə bir qutu pivə gətirməsi və birdə mənəvi zövq yaşatması heç də pis deyil.

Yuxarıda adları çəkilən hadisələrdən hər biri Azərbaycan sərhədləri xaricində baş vermişdir, belə düşünmək olar ki, guya Azərbaycanda səhvlər olmur, amma bu heç də belə deyil. Axı hamı səhvə yol verir. Sadəcə bizim banklar belə hadisələri gündəmə gətirməyi sevmir, onlar belə məsələlər kənar şəxslərin qulağına çatmadan həll edilir və onların üstü örtülü saxlanılır.

Son xəbərlər
Digər xəbərlər