Bank sahəsinə işçi axını – say artımı 2 ilin maksiumunda

Azərbaycanda bank sektoruna işçi axını davam edir. Bankların noyabrın 1-nə olan sayı 17,211 nəfərə çatıb.

Banker.az Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən xəbər verir ki, bu oktyabrın 1- ilə müqayisədə 0,8% (145 nəfər) artımın olması deməkdir. Ümumilikdə isə cari ilin 10 ayında bank sektorunda çalışanların sayı 6.4% (1 040 nəfər) artıb.

ELƏCƏ DƏ BAX: Azərbaycanda hansı banklar işçilərə daha çox əməkhaqqı ayırır? – REYTİNQ

Xatırladaq ki, 2016-ci ilin sentyabrında 17 490 nəfər qədər qeydə alınsa da sonrakı aylarda kəskin enişlə işçi ixtisarları başlamış və 16 min nəfərə qədər azalmışdı.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər