3 C
Baku
Saturday, December 14, 2024

Bank sahəsində yeni rekorda imza atıldı

Wells Fargo bankı bank sahəsində bazar dəyərinə görə yeni rekorda imza atdı. 5 dekabrda həyata keçirilən hərracın yekunlarına əsasən bankın kapitalizasiyası 285,5 milyard dollara çatmışdır. Bununla da Wells Fargo 13 ildən artıq liderliyini qoruyan Citigroup-u geridə qoymuşdur.

Qeyd edək ki, Citigroup 2001-ci ilin 5 fevralında 283,4 milyard dollar dəyər ilə rekorda imza atmışdı.

Bankın ən nəhəng səhmdarı Buffet-in Berkshire Hathaway holdinqidir. Buffetin şirkəti bankın 25 milyard dollarlıq qiymətli kağızlarını idarə edir.

Son xəbərlər
Digər xəbərlər