2021-cin ilin ilk 5 ayı ərzində ölkənin bank sektoru 273.2 milyon manat xalis mənfəət əldə edib.
Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilir.
Cari ilin yanvar-may ayları ərzində Azərbaycanın bank sektoru 835.1 milyon manat (öncəki ildə: 799.2 mln. manat)faiz gəliri əldə edib, bunun da 665 milyon manatı kreditlər üzrə yığılan faiz gəlirləridir. Faiz xərclərinin həcmi isə 219.2 milyon manat olmuş, bunun da 141.7 milyon manatı depozitlər üzrə ödənilmiş faizlər olmuşdur. Bu da bankların 601.6 milyon manat həcmində xalis faiz gəliri deməkdir.
Bank sektoru 334.2 milyon manat qeyri-faiz gəliri əldə etdiyi halda, 524.6 milyon manat qeyri-faiz xərci edib. Bununla da bankların əməliyyat mənfəəti 411.2 milyon manat olmuşdur (2020: 360.2 milyon manat).
Banklar burada 87.5 milyon manat aktivlərin mümkün zərərin ödənilməsi üçün ehtiyata ayırmalar edilmiş ki, buradan, 50.6 milyon manat mənfəət vergisi xərci ödənilmiş və beləliklə 272.3 milyon manat xalis mənfəət əldə edilmişdir. Qeyd edək ki, 2020-ci ilin eyni dövründə bank sektoru 314.5 milyon manat xalis mənfəət əldə etmişdi.