13 C
Baku
Saturday, April 27, 2024

Bank sektoru 2020-ci ilə 50 milyonluq xalis mənfəətlə başlayır

Azərbaycanda 2020-ci ilin ilk ayında 167,5 milyon manatlıq faiz gəliri əldə edib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqlamasında deyir.

Hesabata görə, 31 yanvar 2020-ci il üzrə ölkənin bank sektoru 47,6 mln. manat faiz xərci, 115,1 mln. manatlıq xalis faiz gəliri olması deməkdir. Bank sektorunun ötən ilin eyni dövrü üzrə xalis faiz gəlirləri 106,5 mln. manat təşkil edirdi.

Bununla belə banklar 50,1 mln. manatlıq qeyri-faiz gəliri əldə etdiyi halda 93,9 mln. manatlıq qeyri-faiz xərci ediblər, nəticədə bank sektorunun əməliyyat mənfəəti 71,4 mln. manat olmuşdur. İlin ilk ayında problemli kreditlər üzrə bank sektoru 16,2 mln. manatlıq ayrımalar edib.

Beləliklə, bank sektoru ilin ilk ayındaca 49,4 mln. manatlıq xalis mənfəət açıqlayıb.

Azərbaycanın ötən ilin analoji dövrü üzrə xalis mənfəətinin həcmi 42,6 mln. manat idi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər