Bank sektoru 2021-in ilk ayında 25.4 mln. xalis mənfəət etdi

Azərbaycan bankları 2021-ci ilin ilk ayında 25.4 milyon manat xalis mənfəət əldə edib.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bankların faiz gəlirləri 163.1 milyon manat (illik müqayisədə 2.6% azalma), faiz xərcləri 47.6 milyon manat (+9.8%), qeyri-faiz gəlirləri 49.6 mln manat (-1%), qeyri-faiz xərcləri isə 91.5 mln manat (-2.5%) təşkil edib.

Bununla da bank sektorunun əməliyyatı 71.2 mln manat olub.

Bank sektoru 16.2 mln manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar edib, 5.7 mln manat mənfəət vergisi xərci edib. Nəticədə, ilin ilk ayı üzrə 25.4 mln manat xalis mənfəət edib. Bu öncəki ildə 49.4 mln manat idi.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.