9 C
Baku
Friday, December 13, 2024

Bank sektoru “böhrandan” 568 mln. manat xalis mənfəətlə çıxdı

Azərbaycanın bank sektoru 1 920.5 milyon manat həcmində faizdən gəlir əldə edib. Bu gəlirlərin də 1 519.5 milyon manatı kredit faizlərindən gəlirlər təşkil edir.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının 31 dekabr 2020-ci il tarixinə açıqladığı statistik rəqəmlərə istinad edir.

Bankın kreditdən faiz gəlirləri 2019-cu ildəki rəqəmlərlə müqayisədə 6.9% artmışdır.

Banklar 2020-ci ildə 492.5 mln. manat faiz xərci, 672.1 mln. manat qeyri-faiz gəliri, 1 236.5 milyon manat qeyri-faiz xərci edib. Nəticədə bank sektoru illik əməliyyatı 803.7 milyon manat mənfəətlə tamamlanıb.

Banklar ötən il ərzində 71 mln. manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar və 165.5 mln. manat mənfəət vergisindən sonra xalis mənfəəti 567.8 mln. manat olub.

Pandemiya 2020-ci ilin ikinci rübündən başlayaraq bankların kredit qoyuluşunda iştirakını əngəlləsə də, sektor xərclərini optimallaşdırma ilə xalis mənfəətini öncəki illə müqayisədə 5.6% artırıb.

Son xəbərlər
Digər xəbərlər