16 C
Baku
Wednesday, April 17, 2024

Bank sektoru təhsilə üstünlük verir – daha bir gənc mütəxəssis xarici universitetə daxil olub

Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavr və magistr təhsili alan Vasif Şıxəliyev təhsilini ABŞ-ın Luiziana ştatının mərkəzi universitetində (Louisina State University) davam etdirəcək.

Bank işinə Bank Standard QSC-də başlayan Vasif Şıxəliyev, daha sonra kariyerasını Kapital Bank ASC-də davam etdirib.
Oracle, Scrum.org və PMI institutunun müvafiq olaraq məlumat bazaları üzrə,  Agile-da liderlik üzrə və layihələrin idarə edilməsi üzrə ayrı-ayrılıqda təşkil etdiyi bir çox beynəlxaq sertifikasiya proqramlarından uğurla keçmişdir.
ABB bankdakı kariyerasına biznes analitik kimi başlayan Vasif Şıxəliyev, bankda əksər İT və rəqəmsal layihələrin icrasında birbaşa iştirak etmişdir.
Hal-hazırda ABB Bank-da informasiya texnologiyalarında proqram təminatlarının keyfiyyəti üzrə rəhbər kimi çalışır.
Son xəbərlər
Digər xəbərlər