30 C
Baku
Friday, July 19, 2024

Bank sektoru üçün vacib məhsul

Azərbaycan bank sektorunda vaxtı keçmiş kreditlərin həcmi artmaqla bərabər, risklərin idarə edilməsinə ayrılan diqqətdə artmaqdadır. Bu həm zamanın tələbi, həmdə bankların yeganə çıxış yollarından biridir.

Hazırda əmlak bazarında durğunluq dövrü yaşandığı heç kim üçün sirr deyildir. Bazarın bu dəyişkən halında, bankların girov qismində götürdüklərin daşınmaz əmlakların real bazar qiymətinin müəyyən edilməsində müəyyən çətinliklər yaşanır. Həmin girov alındıqdan sonra isə onun kredit müddətində dəyərinə təsir edəcək amillərin nəzərə alınması isə daha vacib işə çevrilir.

Banker.azValue&Sources şirkətləri bu məsələnin həlli istiqamətində müştərək əməyin nəticəsi olaraq bazara yeni məhsul təqdim etməyə düşünürlər.

Məhsul paket və ya ayrı-ayrı hissələrlə təqdim edilməsi nəzərdə tutulur.

Paket 2 hissədən ibarət olacaq:

  1. Daşınmaz əmlak bazarı üzrə araşdırma materialları.
  2. Daşınmaz əmlak bazarı üzrə təklif bazası.

Daşınmaz əmlak bazarı üzrə araşdırma materiallarına aşağıdakı bölmələr daxil olacaq:

  • Makroiqtisadiyyat və daşınmaz əmlak bazarı üzrə icmal (qarşılıqlı əlaqə baxımından);
  • Bazar üzrə gözləntilər (gələcəkdə təsir edəcək amillər);
  • Girovlarla bağlı risklərin təhlili və bazar likvidliyi;
  • Daşınmaz əmlak bazarı üzrə texniki təhlil.

Daşınmaz əmlak bazarı üzrə təklif bazası isə hər ay yenilənən informasiya bazası olacaq. Bura ay ərzində satışa çıxarılan əmlaklar haqda məlumat olacaq. Aylıq baza minimum 5000 əmlak təşkil edəcək.

  • Əlavə olaraq, Banklara xüsusi təhlil sistemidə ayrıca olaraq təklif olunur. Sistem onlayn rejimdə 120 000 yaxın hazırda bazarda aktiv olan əmlak arasında təhlil aparır və daxil olunan parametrlər üzrə nəticələri istifadəçiyə təqdim edilir. Sistem bankın və digər qurumun ehtiyacları nəzərə alınaraq dizayn edilir və xüsusi təhlil alətləri hazır vəziyyətdə banka təqdim edilir.

Xidmət ancaq zəruri müştəri bazası toplandıqdan sonra işə düşəcək. Hazırda isə maraqlı təşkilatlar tərəfindən sorğular qəbul ediləcək və ehtiyac olan xidmətlər müzakirə olunacaq.

Maraq göstərən təşkilatları aşağıdakı eletron ünvanlara sorğu göndərməyi dəvət edirik:

Email: [email protected]

Telefon: 050 206 03 95

Son xəbərlər
Digər xəbərlər