Azərbaycanda bank sektoru avqust ayı ərzində 55,9 mln. manatlıq xalis mənfəət əldə edib ki, bu da 2019-cu ilin ilk 8 ayı ərzində xalis mənfəətin 462,1 mln. manata çatması deməkdir.
Banker.az xəbər verir ki, bu barədə 1 sentyabr 2019-cu il tarixinə Maliyyə Bazarlarına Nəzarət Palatasının bank icmalında deyilir.
Cari ilin 8 ayı ərzində banklar 1 mlrd. 258,1 mln. manat faiz gəliri əldə edib ki, bu da ötən illə müqayisədə 11% təqribən artım deməkdir.
Bankların faiz xərcləri 356,1 mln., qeyri-faiz xərcləri 462 mln. manat, qeyri-faiz xərci 744,6 mln. manat olub. Bu da sektorun 554,3 mln. manatlıq (illik müqayisədə 26% artım) əməliyyat mənfəəti əldə etməsi deməkdir.