Bank sektoru yanvar ayında kiçilib: səbəb əmlak və AMB müxbir hesablardır

Mərkəzi Bank

Azərbaycan bankları 2021-ci ilin ilk ayında aktivlərinin bir çoxunda azalmalar müşahidə edilib.

Banker.az xəbər verir ki, bu barədə AMB-nin 1 fevral 2021-ci il tarixinə olan banklar üzrə icmal göstəricilərdə qeyd edilib.

Mərkəzi Bankdan girov qismində iştirak edən müxbir hesablarının həcmi böyük həcmdə kiçilib. Aktivlərə aid edilən bu hesabların həcmi 354.8 milyon manat (11.6%) azalmaqla 2 milyard 716.2 milyon manata qədər düşüb.

Başqa banklarda olan hesablar (nostro) 6.4% kiçilməklə 3 milyard 271.8 milyon manata, əsas vəsaitlər (əmlak) 0.6% kiçilmə ilə 736.7 milyon manata qədər azalmışdır.

Artım dinamikası isə kredit portfelində 0.4% (14 milyard 213.8 milyon manat), qiymətli kağızlar üzrə isə 7.9% ilə (4,677.9) qeydə alınıb.

Beləliklə, bankların aktivlərinin həcmi 31 milyard 944.8 milyon manata düşüb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.