2023-cü ilin yanvar-may aylarında banklar 437.1 mln. manat xalis mənfəət, 644.1
mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 32% və 28% artıb.
2023-cü ilin 5 ayında banklar tərəfindən 106.1 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 45,921.8 mln. manat, cəmi öhdəlikləri
40,084.6 mln. manat, balans kapitalı 5,837.2 mln. manat olub.