Bank sektorunda çalışanların sayı mayda azalıb

2026-cı il mayın 31-nə Azərbaycanda fəaliyyət göstərən banklarda çalışanların sayı 27 374 nəfər olub. Bu da mayda işçi sayının 15 nəfər azalması deməkdir.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankının məlumatına istinadən xəbər verir.

Halbuki, işçilərin sayı mayın əvvəlində 27 389 idi.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ölkədə fəaliyyət göstərən 22 bankın xidmət şəbəkəsinə 499 filial, 84 şöbə və 3,502 bankomat (ATM) daxildir.

Bank sektorunun geniş xidmət şəbəkəsi maliyyə xidmətlərinin regionlarda əlçatanlığının artırılmasında mühüm rol oynayır. May ayının sonuna ölkə üzrə hər bir banka orta hesabla 22.7 filial və 159 ATM düşüb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər