19 C
Baku
Tuesday, April 16, 2024

Bank sektorunda gender bölgüsü necədir?

Bank sektorunda genderin ümumi vəziyyəti ilə bağlı araşdırma edilib. Belə ki, ölkəmizdə bank sektorunda çalışan əməkdaşların ümumi sayı 17,588 nəfərdir. Bank əməkdaşlarının ümumi sayının 63.3%-ni kişilər, 36.7%-ni qadınlar təşkil edir. Baş ofis üzrə çalışanların 65.1%-i kişilərdən, 34.9% -i qadınlardan, Bakı-Abşeron regionunun filiallarında çalışanların  53.3%-i kişilərdən, 46.7%-i qadınlardan, digər region filiallarında isə çalışanların 70.8%-i kişilərdən, 29.2%-i isə qadınlardan ibarətdir.

Rəhbər heyətin (bölmə rəhbəri və ondan yuxarı bütün menecment) ümumi sayında əməkdaşların 79.8%-ni kişilər, 20.2%-ni qadınlardır.

Digər kateqoriyadan olan heyətin (mütəxəssis və kiçik xidməti heyət) ümumi sayında isə əməkdaşların 59.9%-ni kişilər, 40.1%-ni qadınlar, baş ofis üzrə əməkdaşların 61.8%-ni kişilər, 38.2-ni qadınlar, Bakı-Abşeron regionun filialları üzrə əməkdaşların 49.6%-ni kişilər, 50.4%-ni qadınlar, digər region filialları üzrə isə 67.8%-ni kişilər, 32.2%-ni qadınlar  təşkil edir.

Mənbəbbn.az
Son xəbərlər
Digər xəbərlər