Son həftələrdə ABŞ-ın bank sektorunda vəziyyət sabitləşib.
Bu bəyanatla cümə günü ABŞ-ın maliyyə naziri Canet Yellen çıxış edib.
“Ötən ay hökumət iki regional bank institutunun iflasa uğramasının nəticələrini aradan qaldırmaq üçün lazımi tədbirlər gördü. Məqsədimiz ciddi “yoluxma” riskini azaltmaq, o cümlədən bank sistemini, iqtisadiyyatı daha geniş miqyasda qorumaq idi. Son bir neçə həftə ərzində vəziyyət sabitləşdi”, – deyə o qeyd edib.
Eyni zamanda o, etiraf edib ki, ABŞ administrasiyası hələ də bank sektorunda baş verənləri izləyir. “Əlbəttə, biz ayıq-sayıq qalmaqda davam edirik və vəziyyəti diqqətlə izləyirik”, – deyə Maliyyə Nazirliyinin rəhbəri bildirib.