9 C
Baku
Monday, November 18, 2024

Bank sektorunun biznes kreditləri portfeli 10 milyard manatı ötdü

31 mart 2022-ci il tarixinə Azərbaycanın bank sektorunun cəmi kredit portfeli 17 milyard 528 milyon manat təşkil edib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bank sektorunun cəmi kredit portfeli ötən ilin sonu ilə müqayisədə 3 milyard 176 milyon manat artıb.

2022-ci ilin fevral ayının sonu ilə müqayisədə mart ayında biznes kreditləri 209 milyon manat artaraq 10 milyard 182 milyon manata, istehlak kreditləri 139 milyon manat artaraq 4 milyard 831 milyon manata, ipoteka kreditləri isə 53 milyon manat artaraq 2 milyard 515milyon manata çatıb.

Son xəbərlər
Digər xəbərlər