9 C
Baku
Thursday, December 12, 2024

Bank sektorunun biznes kreditləri portfeli 9 milyard manatı ötdü

Sentyabr ayında Azərbaycanda bankların kredit portfeli artıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin avqust ayı ilə müqayisədə sentyabr ayında bank sektorunda istehlak kreditləri 106.1 milyon manat artaraq 4 milyard 239 milyon manata, biznes kreditləri 192.3 milyon manat artaraq 9 milyard 2.3 milyon manata, ipoteka kreditləri isə 33.5 milyon manat artaraq 2 milyard 297.4 milyon manata çatıb.

Sentyabrda bank sektorunun cəmi kredit portfeli 331.9 milyon manat artaraq 15 milyard 538.7 milyon manata yüksəlib.

Son xəbərlər
Digər xəbərlər