31 yanvar 2019-cu il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 29 mlrd. 602,9 mln. manat təşkil edir. Banker.az xəbər verir ki bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Xəbər verildiyi kimi, 1 yanvar 2019-cu il tarixinə bankların aktivləri 29 mlrd. 502,4 mln. manat məbləğində olub. Beləliklə, yanvar ayı ərzində bankların aktivləri 0,3% artıb.
Hesabat dövrünün sonuna bankların kredit portfeli 12 mlrd. 541 mln. manat (azalma 0,7% – İF) təşkil edir.
2019-cu il yanvar ayının 31-nə Azərbaycanda bankların ümumi kapitallaşması 4 mlrd. 117,3 mln. manat (artım 1,1%) təşkil edir.
Fevralın əvvəlinə bankların öhdəlikləri 25 mlrd. 485,6 mln. manata (artım 0,2%), Mərkəzi Bank qarşısında öhdəlikləri 369,5 mln. manata (azalma 4%) bərabərdir.
2019-cu ilin yanvar ayında Azərbaycanda bankların ümumi xalis mənfəəti 42,6 mln. manat təşkil edib ki, bu da 2018-ci ilin yanvar ayının göstəricisindən 50,9% azdır.
2019-cu ilin yanvar ayında bankların faiz gəlirləri 162 mln. manat (2018-ci ilin yanvar ayı ilə müqayisədə artım 10,3% – İF), o cümlədən verilmiş kreditlər üzrə 114,2 mln. manat təşkil edib.
Hesabat dövründə bankların qeyri-faiz gəlirləri 52,4 mln. manat (artım 71,2%) məbləğində olub.
Yanvarda bankların faiz xərcləri 49,1 mln. manat (azalma 3,4%), o cümlədən depozitlər üzrə 31,5 mln. manat, qeyri-faiz xərcləri 80,7 mln. manat (artım 17,5%) təşkil edib.
Yanvar ayının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 78,2 mln. manat (artım 34,8%), mənfəət vergisi üzrə ödənişlər 5,3 mln. manat məbləğində olub. Hesabat dövründə banklar ehtiyatların yaradılmasına 32,9 mln. manat yönəldib.






