26 C
Baku
Wednesday, October 2, 2024

Bank sektorunun xaricdən asılılığı azala bilər

1998-ci ildə Milli Ödəniş Şurasında Milli Ödəniş Sisteminin yaradılmasının strategiyası hazırlanıb. Layihənin təcrübədə tətbiqi üçün MilliKart Prossesinq Mərkəzi yaradılaraq, ölkəmizdə fəaliyyət göstərən 18 bankın idarəçiliyinə verilib. 

Milli Ödəniş sisteminin inkişaf etdirilməsi bu gün üçün  aktual mövzulardan birinə çevrilib.

Bu layihə təcrübədə tətbiq olunsa, Visa və MasterCard beynəlxalq ödəniş sistemlərinin platformalarında buraxılan kartların emissiyası və xidmət göstərilməsi üzrə xərcləri azalda biləcək. Belə ki, bu gün ölkədə plastik kartlarla ödənişlərin əksəriyyəti Visa və Master beynəlxalq ödəmə sistemi üzərindən həyata keçirilir. Bu sistemlərin təyin etdiyi xidmət haqları isə yüksək olduğundan problemlər yaranır. Yəni siz bir bankın müştərisi olduğunuz halda digər bankın bankomatından pul çıxardıqda, sizdən yüksək faiz tutulur. Milli ödəniş sistemi bu xərci azalda bilər.

Ekspertlərin fikrinə görə, pensiya, təqaüd, müavinət və ödənişlərin həyata keçirildiyi bütün sosial kartların gələcəkdə bu sistemə keçirilməsi istisna edilmir.

Ekspertlər onu da əlavə edir ki, banklar xidmət haqlarını razılaşıb bir rəqəmə gətirsələr, bu bank sektorunun xaricdən asılılığını da azalda bilər.

Son xəbərlər
Digər xəbərlər