6 C
Baku
Thursday, November 7, 2024

Bank seyfləri haqqında araşdırma – Ən sərfəli icarə haqqları hansı Bankdadır?

Bankların ən geniş istifadəçisi olan məhsullarına kredit, depozit və plastik kart məhsulları aid edilsə də xüsusi seqment müştərilər üçün nəzərdə tutulmuş və istifadəçisi heç də az olmayan spesifik məhsulları da mövcuddur.  Monitorinq qrupumuzun bugünkü araşdırma mövzusu adıçəkilən spesifik məhsullara aid edilən “Bank Seyfləri”dir.

Bank Seyfləri – dəyərli əşyaların yanğın, zəlzələ və s. kimi fəlakətlər,  həmçinin oğruluq hallarından qorunması üçün nəzərdə tutulub. Bu xidmətin əsas üstünlüklərindən biri, bəlkə də birincisi seyfdə saxlanılan əşyanın və ya sənədin təhlükəsizliyinin tam təmin edilməsidir.  Bank seyfləri adətən bankın ən təhlükəsiz və ən ucqar hissəsində qurulur, zirehli divarla əhatələnir və kompleks açarla bərkidilir. Hər bir seyfin 2 açarı olur, bunlardan biri Bankda , digəri isə müştəridə qalır. Və seyf yalnız hər iki açarın eyni zamanda istifadə edilməsi ilə açıla bilir. Həmçinin seyflərin yaxınlığında müasir siqnalizasiya sistemi də quraşdırılır. Bu xidmətin müştəri üçün digər üstün cəhəti isə seyfdə saxlanılan əşyanın və ya sənədin Bank tərəfindən qeydiyyata alınmamasıdır.

Araşdırma nəticəsində məlumumuz oldu ki, bir çox banklarda seyflər əsasən Baş Ofislərdə, ən yaxşı halda isə əlavə olaraq bir və ya bir neçə filialda quraşdırılmışdır. Bunun səbəbi, çox güman ki həmin struktur vahidlərində təhlükəsizlik tədbirlərinin  daha ciddi təşkil olunmasıdır. Seyflər fərqli ölçülərdə təqdim edilir və bu da qiymətlilərin ölçüsündən asılı olaraq rahat saxlanmasını və mühafizəsini təşkil etmək üçündür. Ölçüsündən (əsasən hündürlüyündən) asılı olaraq seyflərin icarə qiymətlərində də fərqlər mövcud olur. Aşağıdakı cədvəldə Banklarımız tərəfindən təqdim olunan seyflərin ölçüləri və onların icarə haqqları qeyd edilmişdir.

Banklar Seyfin ölçüləri İcarə qiymətləri
Hündürlük En Uzunluq
AccessBank QSC 10 sm 29 sm 45 sm 1 ay – 20 AZN, 6 ay – 100 AZN, 12 ay – 200 AZN
15 sm  32 sm  49 sm 1 ay – 30 AZN, 6 ay – 150 AZN, 12 ay – 300 AZN
20 sm 29 sm 45 sm 1 ay – 40 AZN, 6 ay – 200 AZN, 12 ay – 400 AZN
24 sm 29 sm 45 sm 1 ay – 50 AZN, 6 ay – 250 AZN, 12 ay – 500 AZN
30 sm  32 sm  49 sm 1 ay – 60 AZN, 6 ay – 300 AZN, 12 ay – 600 AZN
45 sm  32 sm  49 sm 1 ay – 80 AZN, 6 ay – 400 AZN, 12 ay – 800 AZN
AFB Bank  9 sm 27 sm  42 sm 1 ay – 10 AZN
14 sm   27 sm  42 sm 1 ay – 20 AZN
20 sm  27 sm  42 sm 1 ay – 30 AZN
30 sm  27 sm  42 sm 1 ay – 40 AZN
34 sm 48 sm 66 sm 1 ay – 50 AZN
160 sm 48 sm 66 sm 1 ay – 60 AZN
AGBank 7.2 sm  26 sm  39 sm 1 ay –  15 AZN
14.4 sm  26 sm  39 sm 1 ay –  20 AZN
22 sm 26 sm  39 sm 1 ay –  25 AZN
29.4 sm  26 sm  39 sm 1 ay –  90 AZN
44.2 sm  26 sm  39 sm 1 ay –  200 AZN
Amrahbank  4 sm  27 sm  44 sm 1 ay –  10 AZN
 7 sm  27 sm  44 sm 1 ay –  25 AZN
 17 sm  27 sm  44 sm 1 ay –  50 AZN
 30 sm  27 sm  44 sm 1 ay –  100 AZN
AtaBank 12.5 sm 25 sm 45 sm 1 ay – 30 AZN, 12 ay – 300 AZN
18 sm 25 sm 45 sm 1 ay – 50 AZN, 12 ay – 500 AZN
38 sm 25 sm 45 sm 1 ay – 70 AZN, 12 ay – 700 AZN
Azər Türk Bank  9.5 sm   29.5 sm  42 sm 1 ay – 20 AZN, 3 ay – 55 AZN, 6 ay – 110 AZN, 12 ay – 200 AZN
14.5 sm    29.5  sm  42 sm 1 ay – 30 AZN, 3 ay – 80 AZN, 6 ay – 155 AZN, 12 ay – 300 AZN
19.5 sm    29.5  sm  42 sm 1 ay – 40 AZN, 3 ay -110 AZN, 6 ay – 210 AZN, 12 ay – 400 AZN
39.5 sm    29.5  sm  42 sm 1 ay – 50 AZN, 3 ay – 140 AZN, 6 ay – 270 AZN, 12 ay – 500 AZN
49.5 sm    29.5  sm  42 sm 1 ay – 60 AZN, 3 ay – 160 AZN, 6 ay – 310 AZN, 12 ay – 600 AZN
59.5 sm    29.5  sm  42 sm 1 ay – 70 AZN, 3 ay 190 AZN, 6 ay – 360 AZN, 12 ay – 700 AZN
Bank Avrasiya  7.5 sm  30 sm 32.7 sm 1 ay – 14 AZN, 6 ay – 60 AZN, 12 ay – 84 AZN
10 sm  30 sm 32.7 sm 1 ay – 20 AZN, 6 ay – 90 AZN, 12 ay – 120 AZN
15 sm  30 sm 32.7 sm 1 ay – 35 AZN, 6 ay – 150 AZN, 12 ay – 180 AZN
20 sm  30 sm 32.7 sm 1 ay – 80 AZN, 6 ay – 360 AZN, 12 ay – 480 AZN
40 sm  30 sm 32.7 sm 1 ay – 100 AZN, 6 ay – 480 AZN, 12 ay – 720 AZN
190 sm 80 sm 42 sm 1 ay – 400 AZN, 6 ay – 1800 AZN, 12 ay – 2400 AZN
Bank BTB  10 sm  32.6 sm  42 sm 1 ay –  15 AZN
20 sm  32.6 sm  42 sm 1 ay –  20 AZN
40 sm  32.6 sm  42 sm 1 ay –  30 AZN
60 sm  32.6 sm  42 sm 1 ay –  40 AZN
Bank of Baku  5 sm 29 sm 40 sm 1 ay –  10 AZN
10 sm 29 sm 40 sm 1 ay –  20 AZN
15 sm 29 sm 40 sm 10 gün – 13 sm, 1 ay – 25 sm
20 sm 25 sm 50 sm 10 gün – 15 sm, 1 ay – 30 sm
30 sm 29 sm 40 sm 10 gün – 20 sm, 1 ay – 40 sm
40 sm 25 sm 50 sm 10 gün – 25 sm, 1 ay -50 sm
45 sm 29 sm 40 sm 10 gün – 28 sm, 1 ay – 55 sm
Bank Respublika  7.5 sm  32.6 sm  42 sm 1 ay – 30 AZN, 6 ay – 168 AZN, 12 ay – 312 AZN
10 sm  32.6 sm  42 sm 1 ay – 30 AZN, 6 ay – 168 AZN, 12 ay – 312 AZN
20 sm  32.6 sm  42 sm 1 ay – 40 AZN, 6 ay – 180 AZN, 12 ay – 336 AZN
60 sm  32.6 sm  42 sm 1 ay – 80 AZN, 6 ay – 420 AZN, 12 ay – 720 AZN
Bank VTB (Azərbaycan)  7.2 sm  26 sm  39 sm 5 gün – 2 AZN, 1 ay – 15 AZN, 6 ay – 75 AZN, 12 ay – 120 AZN
14.6 sm   26 sm  39 sm 5 gün – 2 AZN, 1 ay – 20 AZN, 6 ay – 80 AZN, 12 ay – 150 AZN
22 sm  26 sm  39 sm 5 gün – 2 AZN, 1 ay – 25 AZN, 6 ay – 150 AZN, 12 ay – 250 AZN
29.4 sm   26 sm  39 sm 5 gün – 2 AZN, 1 ay – 50 AZN, 6 ay – 270 AZN, 12 ay – 500 AZN
44.2 sm   26 sm  39 sm 1 ay – 55 AZN, 6 ay – 300 AZN, 12 ay – 550 AZN
51.6 sm   26 sm  39 sm 1 ay – 60 AZN, 6 ay – 310 AZN, 12 ay – 600 AZN
Xalq Bank  4 sm 1 ay – 10 AZN, 12 ay – 96 AZN
15.1 sm 1 ay – 15 AZN, 12 ay – 144 AZN
35.1 sm 1 ay – 20 AZN, 12 ay – 192 AZN
Kapital Bank  10 sm  40 sm  45 sm 1 ay –  30 AZN
15 sm  40 sm  45 sm 1 ay –  40 AZN
20 sm  40 sm  45 sm 1 ay –  45 AZN
25 sm  40 sm  45 sm 1 ay –  55 AZN
40 sm  40 sm  45 sm 1 ay –  60 AZN
60 sm  40 sm  45 sm 1 ay –  75 AZN
Nikoil Bank 5 sm 45 sm  32 sm 12 ay – 200 AZN
8 sm 45 sm  32 sm 12 ay – 230 AZN
19 sm  45 sm  32 sm 12 ay – 260 AZN
30 sm  45 sm  32 sm 12 ay – 300 AZN
NBC Bank 5 sm 28,5 sm 41 sm 1 ay – 18 AZN, 12 ay – 180 AZN
15 sm 28,5 sm 41 sm 1 ay – 20 AZN, 12 ay – 204 AZN
30 sm 28,5 sm 41 sm 1 ay – 22 AZN, 12 ay – 228 AZN
45sm 28,5 sm 41 sm 1 ay – 24 AZN, 12 ay – 252 AZN
60 sm 28,5 sm 41 sm 1 ay – 26 AZN, 12 ay – 276 AZN
Rabitə Bank 7 sm 27 sm 44 sm 1 ay – 15 AZN, 12 ay – 150 AZN
17 sm 27 sm 44 sm 1 ay – 20 AZN, 12 ay – 200 AZN
Unibank KB  5.5 sm  32 sm  49 sm 1 ay –  30 AZN
8.8 sm  32 sm  49 sm 1 ay –  40 AZN
19.8 sm   32 sm  49 sm 1 ay –  50 AZN
30.8 sm   32 sm  49 sm 1 ay –  100 AZN
4.1 sm  26 sm 44.5 sm 1 ay –  30 AZN
6.4 sm  26 sm 44.5 sm 1 ay –  40 AZN
11.6 sm   26 sm 44.5 sm 1 ay –  45 AZN
16.6 sm   26 sm 44.5 sm 1 ay –  50 AZN
29.1 sm   26 sm 44.5 sm 1 ay –  100 AZN
YapıKredi Bank 19 sm  23 sm  47 sm 1 ay – 15 AZN
40 sm  23 sm  47 sm 1 ay – 25 AZN
Son xəbərlər
Digər xəbərlər